Modern.az

Ermənilər Qazaxda yaşayış evlərini atəşə tutdu - Cəbhədə GƏRGİNLİK

Ermənilər Qazaxda yaşayış evlərini atəşə tutdu - Cəbhədə GƏRGİNLİK

13 Mart 2020, 13:26

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.  

 

Dövlət Sərhəd Xidmətindən (DSX) Modern.az-a verilən məlumata görə, martın 13-də saat 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

 

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub. 

 

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et