Modern.az

Çempionlar Liqası və Avropa Liqasının oyunları təxirə SALINDI

Çempionlar Liqası və Avropa Liqasının oyunları təxirə SALINDI

13 Mart 2020, 14:50

UEFA gələn həftə keçirilməsi nəzərdə tutulan avrokubok oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

 

Modern.az-ın məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının gələn həftə keçirilməli olan oyunları baş tutmayacaq.

 

Martın 17-18-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində 4 qarşılaşma keçirilməli idi. Ayın 19-da isə Avropa Liqasının 1/8 final mərhələsinin 6 cütündə cavab oyunları planlaşdırılmışdı.

 

Lakin UEFA koronavirus epidemiyası üzündən bütün görüşləri qeyri-müəyyən müddətədək təxirə salıb. Qurumun qərarına əsasən Gənclər Liqasında da oyunlar olmayacaq. 

 

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin iki cütündə - “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” cütlərində ilk görüş də keçirilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et