Modern.az

Ölkəmizdə vəziyyət pandemiya deyil - Qərərgah rəsmisi

Ölkəmizdə vəziyyət pandemiya deyil - Qərərgah rəsmisi

13 Mart 2020, 21:13

Dünyada koronavirus yayılır, pandemiya müşahidə edilir. Amma bizim ölkəmizdə vəziyyət pandemiya deyil.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

 

Onun sözlərinə görə, operativ qərargah vəziyyətin ağırlaşmaması üçün yeni qərarlar verib:

“Kafe və restoranlarda şənlik keçirilməsi qadağan edilir. Xüsusi rejimə əsasən, bir çox kütləvi tədbirlər qadağan edilib. Bu, o demək deyil ki, ölkəmizdə vəziyyət çox ağırdır. Bunlar qabaqlayıcı tədbirlərdir və hadisələri qabaqlayır. Bəzi ölkələr bu qabaqlayıcı tədbirləri görmədiyi üçün vəziyyət pisləşib. İndi dövlət və vətəndaşların həmrəy olması lazımdır. Xüsusi rejimə əməl etməyənlər və ajiotaj yaradanlar haqqında ciddi tədbir görüləcək”.

 

İbrahim Məmmədov qeyd edib ki, Azərbaycanda vəziyyət digər ölkələrə nisbətən yaxşıdır: "İstəmirik ki, bizdə vəziyyət başqa ölkələr kimi olsun. Başqa ölkələrdə vəziyyət pisləşəndə qərar qəbul edilib. Biz isə hadisələri qabaqlamaq üçün bu qərarı qəbul etmişik. KİV-dən xahiş edirik ki, bu məsələyə ölkəmizin təhlükəsizliyi üçün çalışsın. Bu məsələdə dezinformasiya, ajiotaj yaradacaq xəbərlər olacaqsa, hüquq-mühafizə orqanları bu barədə tədbir görəcək".

Qərargah rəsmisi əlavə edib ki, xaricdən ölkəyə daxilolma halları üzrə nəzarət gücləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et