Modern.az

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Allah rəhmət eləsi̇n

15 Mart 2020, 14:08

Azərbaycanda tanınmış idman müəllimi meningitdən dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunda qeydə alınıb.

 

Belə ki, meningit xəstəliyindən əziyyət çəkən Bayram Mövsümovun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Bayram Abbas oğlu Mövsümov Azərbaycanın əməkdar məşqçisi və SSRİ idman ustası olub. O, rayonda yunan-roma güləş növü üzrə müəllim kimi fəaliyyət göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir