“Biz vətəndaşlara televiziya və sosial şəbəkələr vasitəsilə çağırış etməliyik”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, koronavirusla bağlı ayrıca qanun layihəsinin qəbul olunması məsələsi üzərində düşünmək lazımdır:
“Bu qanunda tibb işçilərinin, yol polisinin, bu sahədə çalışan ayrı-ayrı insanların işinin tənzimlənməsi məsələsi əksini tapmalıdır. Təhlükə aradan qalxdıqdan sonra bu qanun onsuz da öz qüvvəsini itirəcək”.