Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 70 nəfərdən çoxdur

Ermənistanda koronavirusa yoluxanların sayı 70 nəfərdən çoxdur

18 Mart 2020, 08:33

Ermənistanda 6 yeni koronavirusa yoluxma faktı aşkar edilib, xəstələnənlərin ümumi sayı 78-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Arsen Torosyan deyib.

 

A.Torosyan bildirib: "Altı yeni təsdiqlənmiş koronavirusa yoluxma faktı var... Ümumi sayı 78-ə çatıb".

 

Bundan əvvəl respublikanın hakimiyyət orqanları 72 təsdiqlənmiş koronavirusa yoluxma faktı barədə məlumat vermişdilər.

 

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya xəstəliyi elan edib. Dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan artıq yoluxub, əksəriyyəti sağalıb, 7 mindən çox insan ölüb.

Twitter
Sizə yeni tvit var
Keçid et