Modern.az

Bu gün İtaliyada koronavirusdan 651 nəfər öldü

Bu gün İtaliyada koronavirusdan 651 nəfər öldü

22 Mart 2020, 21:42

İtaliyada koronavirusdan ölənlərin sayı artıb.

 

Modern.az  xəbər verir ki, son sutka ərzində koronavirusa yoluxan daha 651 nəfər vəfat edib.

Məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 5476-ya çatıb. Son 24 saat ərzində 5560 nəfər virusa yoluxub, bununla da ölkədə ümumilikdə virusa yoluxanların sayı 59138-ə çatıb. Bu günədək virusa yoluxmuş 7024 nəfər müalicə olunaraq sağalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et