Modern.az

Paytaxt polisi 16 cinayətin üstünü açdı

Paytaxt polisi 16 cinayətin üstünü açdı

25 Mart 2020, 10:46

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-da 16 cinayətin üstü açılıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, onlardan 4-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluq üzrə 3, narkotiklərin qanunsuz dövriyyəsinə görə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et