Modern.az

Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları vəzifə maaşlarını KMDF-a ianə etdilər

Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları vəzifə maaşlarını KMDF-a ianə etdilər

25 Mart 2020, 12:42

Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

 

Modern.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  və İcra Hakimiyyəti başçısı Aparatının bütün əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et