Modern.az

“Azərişıq” borclu abonentlərin işığını kəsəcək?

“Azərişıq” borclu abonentlərin işığını kəsəcək?

25 Mart 2020, 15:29

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

 

Bu barədə "Azərişıq"dan Modern.az-a verilən məlumatda bildirilir.

 

Qeyd edilir ki, “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et