Milli Məclisin martın 30-da keçiriləcək iclasında "Deputat statusu haqqında” qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişikliklər müzakirəyə çıxarılacaq.
Bu barədə Modern.az-a parlamentdən məlumat verilib.
Bildirilib ki, dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydası və karantin rejiminin deputatlara şamil olunmamasını nəzərdə tutur.