Modern.az

Gəncədə karantin rejimini pozan internet klub aşkarlandı

Gəncədə karantin rejimini pozan internet klub aşkarlandı

Aktual

28 Mart 2020, 20:37

Gəncədə karantin rejimini pozan internet klub aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən internet klub aşkarlayıb. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü