Modern.az

Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi

Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi

Aktual

3 Aprel 2020, 17:54

Çindən İtaliya və İspaniyaya göndəriləcək maska və tibbi əlcəkləri Fransa müsadirə edib.

 

Modern.az xəbər verir ki, yeni növ koronavirus (Kovid-19) epidemiyası sürətlə yayılarkən, Avropa Birliyinin (AB) 4 ölkəsi olan İsveç, Fransa, İtaliya və İspaniya arasında maska böhranı başlayıb.

 

İsveçdə fəaliyyət göstərən səhiyyə şirkətinin rəsmi saytından verilən açıqlamada bildirilib ki, İsveçin Çindən İspaniya və İtaliyaya idxal etdiyi milyonlarla üz maskası və əlcək Fransa tərəfindən ələ keçirilib:

 

“Fransa sağlamlıq məhsullarının ixracını qadağan edib. Özü maska və əlcək ixrac etmir, amma başqa ölkənin maska və əlcəklərini müsadirə edir. Bu, olduqca xoşagəlməz bir hərəkətdir ''-deyə şirkət rəsmisi qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok