Modern.az

Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı

Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı

Aktual

7 Aprel 2020, 18:29

İlin 365 günü 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC koronavirus epidemiyası olmağına baxmayaraq fasiləsiz olaraq işini davam etdirir.

 

Modern.az xəbər verir ki, “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə virusun yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinfeksiya işlərini həyata keçirməklə yanaşı #evdəqal aksiyasına dəstək verərək növbəti videoçarx yayımlayıb.

 

Videoçarxda əməkdaşların fasiləsiz olaraq növbəli iş prinsipi ilə çalışması fonunda əhaliyə “Biz sizin üçün işləyirik, siz bizim üçün evdə qalın”! müraciəti edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir