Modern.az

Bill Geyts: “Normal həyata 1-2 ildən tez qayıda bilməyəcəyik”

Bill Geyts: “Normal həyata 1-2 ildən tez qayıda bilməyəcəyik”

Dünya

28 Aprel 2020, 09:59

“Microsoft” şirkətinin həmtəsisçisi və dünyanın ən zəngin ikinci adamı Bill Geyts koronavirus pandemiyası ilə bağlı növbəti dəfə çıxış edib.

 

Modern.az xəbər verir ki, Fransanın “Figaro” qəzetinə müsahibə verən iş adamı normal həyata dönmək üçün bir neçə il lazım olacağını söyləyib.

“Biz normal həyata 1-2 ildən tez qayıtmayacağıq. Pandemiyadan sonra insanlar yenə də yoluxma qorxusu ilə yaşayacaqlar”.

 

O bu vəziyyətin virusun vaksini tapılana qədər davam edəcəyini düşünür. O həmçinin, Çini mühakimə etmək yerinə, bütün dünyanın pandemiyaya qarşı əməkdaşlıq etməyə səsləyib.

 

 

1918-ci ildə tuğyan edən “İspan qripi” ilə COVİD-19-un müqayisəsini aparan milyarder koronavirusun 1% yoluxanı öldürdüyünü (“İspan qripi” 2%) qeyd etmişdi.

 

Hazırda dünyada 3 milyondan artıq insan koronavirusa yoluxub. Onlardan 212 min nəfəri dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok