Modern.az

DTX-nın həbs etdiyi eks-məmur bir müddət öncə işdən qovulub - NAZİRLİK

DTX-nın həbs etdiyi eks-məmur bir müddət öncə işdən qovulub - NAZİRLİK

29 Aprel 2020, 14:46

“DTX tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil”.

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, Mübariz Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvət Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.


Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə məlumat yayılıb. Məlumata görə, icra başçısı, müavinləri və digər bir sıra vəzifəli şəxs saxlanılaraq Bakıya gətirilib.


A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var