Zabitlər arasında az halda virusa yoluxma qeydə alınıb. Modern.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, orduda əks-epidemik tədbirlər davamlı olaraq həyata keçirilir.
R.Bayramlının sözlərinə görə, koronavirus əsasən ağciyərləri zədələyir.
O bildirib ki, virusun gələcək həyat üçün hansı fəsadlarının olması gələcək tədqiqatların nəticəsində bəlli olacaq:
"Əlillik kimi ağır nəticələr ola bilər. Yoluxanların yaş həddi cavan olduğundan onların toxumaları özünü bərpa edə bilər. İstənilən halda bütün bunlar gələcək araşdırmalarla müəyyən olunacaq".