Modern.az

Azərbaycanda 838 nəfəri it dişləyib

Azərbaycanda 838 nəfəri it dişləyib

Aktual

14 May 2012, 15:34


Bu ilin ilk üç ayı ərzində Azərbaycanda 1025 heyvan dişləməsi qeydə alınıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Modern.az saytına bildirib ki, bu heyvan dişləmələrindən 838-i it dişləməsidir.

“Bu  sayda it dişləmələri olsa da, amma il başlayandan hələki nə paytaxda, nə də ki, bölgələrdə quduzluq hallarına rast gəlinib”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri baş verən hadisələri nəzərə alaraq deyib ki, sahibsiz heyvanlara, o cümlədən itlərə qarşı mübarizə  gücləndirilməlidir.

Şöbə müdüri onu da əlavə edib ki, bu heyvan dişləmələri içərisində 91-i pişik, 84-ü siçovul, 12-si isə digər heyvan dişləmələri olub.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək