Pakistanda bu gün rekord sayda koronavirusa (COVID-19) yoluxma və ölüm hadisəsi qeydə alınıb.
Modern.az-ın məlumatına görə, ölkədə bir gündə 3 039 nəfər infeksiyaya yoluxub, 88 nəfər virusun qurbanı olub.
Bununla da Pakistanda COVID-19-a yoluxanların sayı 69 496-ya, ölənlərin sayı isə 1483-ə yüksəlib.
Qeyd edək ki, Pakistan hazırda koronavirusa yoluxma sayına görə Çindən sonra 18-ci pillədə qərarlaşıb.
T.İSMAYIL