Jurnalistlər Milli Məclisin plenar iclasa buraxılmayacaq.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyunun 12-də saat 11:00-da keçiriləcək iclasa koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı bu dəfə nə KİV, nə mətbuat nümayəndələri ümumiyyətlə dəvət ediləcək.
İclasın gedişi ilə bağlı şöbə tərəfindən video, foto və press-reliz jurnalistlərə təqdim ediləcək.