Modern.az

“Eurovision 2021” bu tarixdə keçiriləcək

“Eurovision 2021” bu tarixdə keçiriləcək

15 İyun 2020, 18:42

“Eurovision” mahnı müsabiqəsinin gələn il keçiriləcəyi tarixlər müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, Rotterdamda keçiriləcək mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də baş tutacaq.

 

Bu barədə mahnı müsabiqənin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu ilin mahnıları 2021-ci ildə təqdim edilə bilməz.

 

Qeyd edək ki, sözügedən müsabiqə koronavirus pandemiyasına görə təxirə salınmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et