Modern.az

“108 Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin sayı açıqlandı

“108 Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin sayı açıqlandı

16 İyun 2020, 11:47

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.

 

"ASAN xidmət"dən Modern.az-a verilən məlumata görə, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı “TƏBİB” publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN xidmət”in "108 Çağrı Mərkəzi" vasitəsi ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib:

 

"ASAN könüllülərinin iştirakı ilə həmin şəxslər “Baku-Taxi” şirkətinin xüsusi avtomobilləri vasitəsi ilə aidiyyati tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar. Bundan əlavə təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən 1650-ə yaxın vətəndaş “108 Çağrı Mərkəzi"nə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndirilib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et