Modern.az

DYP-dən Bakını icazəsiz tərk edənlərlə bağlı AÇIQLAMA - 635 nəfər...

DYP-dən Bakını icazəsiz tərk edənlərlə bağlı AÇIQLAMA - 635 nəfər...

16 İyun 2020, 15:50

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində karantin rejiminin pozan sürücülərin sayını açıqlayıb.

 

BDYPİ-dən Modern.az-a verilən məlumata görə, 14.06.2020-ci il saat 00:00-dan 16.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et