Modern.az

Reanimasiyada olan COVİD-19 xəstələrinin sayı AÇIQLANDI - FOTO

Reanimasiyada olan COVİD-19 xəstələrinin sayı AÇIQLANDI - FOTO

16 İyun 2020, 21:41

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 4081 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, bununla da ölkədə koronavirusa qarşı test edilənlərin sayı 391 699 nəfərə çatıb.

 

Ölkədə 338 yeni yoluxma, 4 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 10 662 nəfər virusa yoluxub, 126 nəfər  ölüb, 5 948 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 588 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 133 nəfər müalicə alır, 29 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et