Türkiyənin milli istehsalı olan "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatı (SİHA) 200 min saat uçuş həyata keçirib.
Modern.az xəbər verir ki, "Bayraktar TB2" 2014-cü ildə Türkiyə Milli Müdafiə Nazirliyinin aviasiya arsenalına daxil edilib. Ötən illərdə böyük uğurlar qazanan bu aparatın təkmilləşdirilməsi istiqamətində də önəmli addımlar atılıb. "Bayraktar TB2" 2019-cu ildə Küveytdə keçirilən aviasiya sərgisində fasiləsiz 27 saat 3 dəqiqə uçuş edərək rekord qazanıb. Bundan başqa, sözügedən aparat cari il yanvarın 24-də Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələnin miqyasını öyrənmək üçün 25 dəqiqəlik uçuş əsasında mühüm məlumatlar toplayıb.
"Bayraktar TB2" aparatı Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçuların yerlərini müəyyənləşdirməsi işində mühüm rol oynayacaq.