Modern.az

Sabah 6 dövlət başçısı bir araya gələcək

Sabah 6 dövlət başçısı bir araya gələcək

Aktual

17 İyun 2020, 10:31

"Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iyunun 18-dövlət başçılarının Zirvə görüşü keçiriləcək.

 

Bildirək ki, "Şərq Tərəfdaşlığı" proqramının üzvləri Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna dövlətləridir.

 

Modern.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, görüş videokonfrans formatında olacaq:

 

“Zirvə görüşü ali səviyyədə baş tutacaq. Bu görüşdə xarici işlər nazirlərinə onlayn formada dinləmək imkanı veriləcək”.

 

XİN rəsmisi qeyd edib ki, iyunun 11-də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən xarici işlər nazirlərinin videokonfransında bir çox məsələlərə toxunulub:

 

“Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təxribat xarakterli addımlarla bağlı Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib. Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 11-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən görüşündə hər zaman olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, eləcə də, bölgədə sülh və təhlükıəsizliyin təminatı məsələlərinə toxunub. Bu konteksdə də münaqişənin həllinin zəruriliyini bir daha iştirakçıların diqqətinə çatdırıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?