Modern.az

Messini karyerasında 700-cü qoldan cəmi 1 qol ayırır

Messini karyerasında 700-cü qoldan cəmi 1 qol ayırır

17 İyun 2020, 10:36

Dünən "Barselona" - "Leqanes" matçında (2:0) bir qolla fərqlənən Lionel Messi karyerasındakı 699-cu rəsmi qolunu vurub.

 

Modern.az xəbər verir ki, argentinalı futbolçu bu qolların 629-na "Barselona"da, 70-nə isə Argentina millisində imza atıb. Bununla da Messini 700-cü qoldan 1 qol ayırır.

 

Yeri gəlmişkən, İspaniya La Liqasında 24 oyunda vurduğu 21 qol və 14 məhsuldar ötürmə ilə Messi bu mövsüm Avropanın TOP-5 çempionatlarında ən çox qolda iştirak edən oyunçudur.

 

Qeyd edək ki, La Liqanın 30-cu turunda "Barselona" səfərdə "Sevilya"nın qonağı olacaq. Matç iyunun 20-si Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et