Modern.az

ÜST koronavirusun dərmanı ilə bağlı təbrik bəyanatı yaydı: “Elmi yüksəliş əldə edildi”

ÜST koronavirusun dərmanı ilə bağlı təbrik bəyanatı yaydı: “Elmi yüksəliş əldə edildi”

17 İyun 2020, 11:20

Böyük Britaniyada koronavirusun müalicəsi üçün tapılan dərman preparatının sınağından sonra Ümumdünya Səhiyyə Təşkilat bəyanatı yayıb.

 

Modern.az xəbər verir ki, təşkilatın baş direktoru Tedros Adhan Qebreyesus bunu "elmi yüksəliş" adlandıraraq məmnunluğunu ifadə edib.

 

Təşkilatın yaydığı bəyanatda Oksford Universitetində aparılan sınağın “Dekzametazon” preparatının koronaviruslu xəstələrin ölüm riskini azaltdığı vurğlanır. Bu, xüsusilə süni tənəffüs aparatına qoşulan xəstələr üçün ümiddir. Beləliklə, süni tənəffüs aparatına qoşulan xəstələrin ölüm faizini 20 faiz azaltmaq mümkündür.

 

Xatırladaq ki, dünən Britaniya rəsmən bu dərman preparatının koronavirusdan müalicəsdə istifadəsini təsdiqləyib. Britaniyada bu dərmanın bir qutusu 5 funt sterlinqə satılır.

 

Qebreyesus bəyanatında bildirib ki, preparat belə nəticə göstərən ilk dərmandır. Britaniya artıq ÜST-ə sınağın nəticəsini təqdim edib. Yaxın zamanda daha geniş analiz aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et