Modern.az

Ağsu aşırımında baş verən yanğın söndürüldü

Ağsu aşırımında baş verən yanğın söndürüldü

17 İyun 2020, 11:39

Ağsu aşırımında baş verən yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Xatırladaq ki, ötən gün Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verib. 

 

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et