Modern.az

Azərbaycanda 28 cinayətin üstü “isti izlər”lə açıldı

Azərbaycanda 28 cinayətin üstü “isti izlər”lə açıldı

17 İyun 2020, 12:49

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 28 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et