Modern.az

1 saylı Kliniki Tibbi Mərkəz koronavirus xəstələri üçün AYRILDI

1 saylı Kliniki Tibbi Mərkəz koronavirus xəstələri üçün AYRILDI

17 İyun 2020, 14:24

1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

 

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: "Artıq mərkəzdə olan bütün xəstələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür.

 

Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq".

Whatsapp
Bizə yazın!
Keçid et