Modern.az

AVRO 2020-ni keçirəcək ev sahibləri təsdiqləndi - Siyahıda Bakı da var

AVRO 2020-ni keçirəcək ev sahibləri təsdiqləndi - Siyahıda Bakı da var

17 İyun 2020, 17:42

AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib.

Modern.az xəbər verir ki, UEFA turnirin 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyərək, onu təsdiqləyib.

Koronavirus pandemiyası səbəbindən gələn il oynanılacaq Avropa çempionatı nəzərdə tutulduğu kimi, Roma, Bakı, Kopenhagen, Münhen, London, Dublin, Amsterdam, Buxarest, Sankt-Petreburq, Qlazqo, Bilbao və Budapeşt şəhərlərində keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-nin matçları 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et