Modern.az

Mübariz Mənsimov bu tarixdə məhkəmə qarşısına çıxarılacaq

Mübariz Mənsimov bu tarixdə məhkəmə qarşısına çıxarılacaq

17 İyun 2020, 22:59

Türkiyədə həbs olunan azərbaycanlı iş adamının məhkəməsinin vaxtı bəlli olub.

 

Modern.az  xəbər verir ki, məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib.

 

Belə ki, “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.

 

Məhkəmənin ictimaiyyət və mətbuat üçün açıq olub-olmaması ilə bağlı qərarı məhkəmə verəcək.

Qeyd edək ki, azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et