Modern.az

Çində koronavirusa yoluxanların sayı yenidən artdı

Çində koronavirusa yoluxanların sayı yenidən artdı

18 İyun 2020, 08:31

Çində ötən sutka ərzində 28 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə dövlət komitəsi xəbər verib.

 

Yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 24-ü isə ölkə daxilində qeydə alınıb: Pekin şəhərində (21) və Hebey əyalətində (3).

 

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83.2, ölənlərin sayı isə 4.6 min nəfəri ötüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et