Modern.az

Avropanın ən böyük partiyası Ermənistandakı repressiyaları pislədi

Avropanın ən böyük partiyası Ermənistandakı repressiyaları pislədi

18 İyun 2020, 17:23

Ermənistanda ən böyük müxalifət partiyası “Çiçəklənən Ermənistan”a qarşı repressiyalar davam edir.

 

Modern.az xəbər verir ki, Avropa İttifaqının ən böyük siyasi birliyi – Avropa Xalq Partiyasının sədri, Avropa Birliyi şurasının keçmiş sədri Donald Tusk rəsmi Yerevana bununla bağlı çağırış edib.

“Biz Ermənistan hakimiyyətini müxalifətə təzyiq göstərməkdən çəkinməyə çağırırıq”- deyə Tusk açıqlama verib.

Avropanın siyasi dairələri “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan və tərəfdarlarının kütləvi həbsini, partiyanın ləğvinin gündəmə çıxarılmasını siyasi təzyiq vasitəsi qəbul edirlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et