Modern.az

Bu xəstələrin müalicəsilə poliknikalar məşğul olacaq

Bu xəstələrin müalicəsilə poliknikalar məşğul olacaq

18 İyun 2020, 19:13

Yuxarı tənəffüs orqanlarında simptomu zəif olan xəstələrin müalicəsilə poliklinikalar məşğul olacaq.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

 

R.Bayramlı deyib ki, həmin xəstələr 14 gün müddətində evdə izolyasiya olunacaqlar:

"12 saatdan bir onlara telefon vasitəsilə əlaqə yaradılacaq, vəziyyətdən asılı olaraq ağırlaşma olarsa, onların xəstəxanalara yerləşdirilməsi təmin olunacaq".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et