Modern.az

Göygöldə piyadanı avtomobil vuraraq öldürdü

Göygöldə piyadanı avtomobil vuraraq öldürdü

18 İyun 2020, 23:00

Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

 

Belə ki, hərəkətə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən, təxminən, 40-50 yaş aralığında olan kişini vurub.

 

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et