Modern.az

Fransada koronavirus qurbanlarının sayı 29 603-ə çatıb

Fransada koronavirus qurbanlarının sayı 29 603-ə çatıb

18 İyun 2020, 23:43

Fransada koronavirus qurbanlarının sayı artıb. 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, epidemiyanın başlanğıcından Fransada koronavirusa yoluxan 103 654 nəfər xəstəxanaya yerləşdirilib.

Fransanın Səhiyyə Baş İdarəsinin məlumatına görə, onlardan 18 260 nəfəri xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib: "Ölkədə virusa yoluxmuş 73 887 insan sağalaraq evə buraxılıb. Epidemiyanın başlanğıcından bu ölkədə 29 603 insan təhlükəli virusdan ölüb. Onlardan 19 146-sı tibb müəssisələrində vəfat edib.

Hazırda xəstəxanalarda koronavirusa yoluxmuş 10 125 nəfər müalicə edilir. Son bir gündə daha 136 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib".

Qeyd edilir ki, koronavirus testi müsbət çıxmış 752 nəfər reanimasiya şöbələrində müalicə edilirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et