Modern.az

Operativ Qərargah: Dəfndə iştirak etmək üçün 102-dən icazə alınmalıdır

Operativ Qərargah: Dəfndə iştirak etmək üçün 102-dən icazə alınmalıdır

20 İyun 2020, 11:57

“Yaxın qohumların dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin "102" zəng xidmətindən icazə alınmalıdır”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Vətəndaşlar xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində dəfn mərasimlərində DİN-in "102" zəng xidmətindən icazə aldıqdan sonra iştirak edə biləcək”, - o bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et