Modern.az

Baş redaktor: “Həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar”

Baş redaktor: “Həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar”

Aktual

23 İyun 2020, 14:20

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev ötən gün ailəsinin və özünüzü koronavirusa yoluxması ilə bağlı məlumat paylaşıb. Jurnalist Mərkəzi Neftçilər Xəstəxanasında müalicə prosedurunun davam etdirildiyini bildirib.


Modern.az
-ın əməkdaşı baş redaktorun və onun ailəsinin səhhəti ilə maraqlanıb.

İlham Quliyev artıq dünəndən etibarən ailə üzvlərinin ev şəraitində müalicə aldıqlarını deyib:

“İndi artıq özümü yaxşı hiss edirəm, müalicə prosesi də davam edir. Hələ ki  xəstəxanadan çıxmağımla bağlı qərar yoxdur, yəqin ki, bir müddət burda qalacam. Amma həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar. Onların test nəticəsi mənfi çıxdığı üçün evdə müalicə ala biləcəklər. Amma 14 gün çölə çıxmamaqla bağlı tapşırıq da alıblar. Onsuz da uşaqların dərsi yoxdur, həm də karantin rejimidir, deyə gedəcək yer də yoxdur. Bu baxımdan evdə qalmaq o qədər çətin deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir