Modern.az

Coca-Cola sosial şəbəkələrdən reklamını YIĞIŞDIRIR

“Coca-Cola” sosial şəbəkələrdən reklamını YIĞIŞDIRIR

27 İyun 2020, 11:51

Dünyanın ən iri alkoqolsuz içki istehsalçısı olan "Coca-Cola" şirkəti azı 30 gün müddətində sosial şəbəkələrdə reklam yerləşdirməkdən imtina edəcək.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Ceyms Kuinsi deyib.

O bildirib ki, bu qərar "Facebook"un irqçilik, zorakılıq kimi mövzularda paylaşımların nizamlama qaydalarının olmaması ilə bağlı atılıb.

C.Kuinsi bildirib ki, şirkət bu müddət ərzində öz reklam siyasətini təkrar nəzərdən keçirəcək.

Qeyd edək ki, bir müddət əvvəl "Unilever" şirkəti də "Facebook", "Instagram" və ""Twitter"də reklam yerləşdirməyi dayandırmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et