Modern.az

Ermənistanda keçmiş deputat həbs edildi

Ermənistanda keçmiş deputat həbs edildi

28 İyun 2020, 09:42

Ermənistanda Çiçəklənən Ermənistan Partiyasından millət vəkili olmuş Abraam Manukyan seçicilərə rüşvət verməkdə ittiham edilərək həbs edilib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Baş prokurorluğun nümayəndəsi Gor Abramyan bildirib.

 

Onun sözlərinə görə, Yerevan Şəhər Ümumi Məhkəməsi onun həbs edilməsi barədə vəsatəti təmin edib.

 

Belə ki, Abraam Manukyanın 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərə rüşvət verməsi iddiası öz təsdiqini tapıb.

 

Keçmiş deputat 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir