Modern.az

Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək

Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək

Aktual

9 İyul 2020, 00:15

Türkiyə yığmasının Millətlər Liqasının 2020/21 mövsümündəki ilk oyununun məkanı müəyyənləşib.

Modern.az xəbər verir ki, B liqasının 3-cü qrupunda yer alan "ay-ulduzlular" sentyabrın 3-də Macarıstanı qəbul edəcək.

Türkiyə Futbol Federasiyasının qərarına əsasən, qarşılaşma Sivasdakı yeni "4 Sentyabr" stadionunda baş tutacaq. Bununla Türkiyə yığması ilk dəfə Sivasda rəsmi oyun keçirmiş olacaq.

Qeyd edək ki, Şenol Günəşin yetirmələri 3-cü qrupda Macarıstan, Rusiya və Serbiya ilə mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok