Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
Y.Qarayeva deyib ki, "Gilan holdinq", "Pasha holdinq", "Azərbaycan Beynəlxalq Bankı" Azərbaycana xaricdən həkimlərin gətirilməsində dəstək göstəriblər.