Modern.az

Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vurub öldürdü

Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vurub öldürdü

Aktual

16 İyul 2020, 11:35

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Hyundai” markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Tahirov Əflatun Ərəstun oğlunu vurub.

 

Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb.  

 

Faktla bağlı araşdırma aparılır.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?