Modern.az

Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü

Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü

Aktual

16 İyul 2020, 19:53

Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, səfirliyin Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin, regional təhlükəsizliyin mühüm məsələləri, o cümlədən Ermənistanla sərhədlərimizdə hazırkı vəziyyət müzakirə olunub.

 

Tərəflər koronavirus pandemiyası və onun fəsadları, habelə hər iki ölkənin vətəndaşlarının vətənə qaytarılması barədə fikirlərini ifadə ediblər. Həmçinin koronavirusdan sonrakı dövrdə birgə əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok