Modern.az

Soydaşlarımız aksiyaya çıxdı, Camal Əli onları həbs etdirdi

Soydaşlarımız aksiyaya çıxdı, Camal Əli onları həbs etdirdi

26 İyul 2020, 00:51

Belçikanın paytaxtı Brüssel şəhərində yaşayan bir qrup azərbaycanlı bir neçə gün əvvəl ermənilər tərəfindən döyülmüş həmvətənimizə dəstək məqsədilə toplaşıblar.

 

Modern.az xəbər verir ki, bu zaman Belçika polisi soydaşlarımızı saxlayıb.

 

Buna səbəb isə Berlində yaşayan Camal Əli adlı azərbaycanlının polisə zəng edərək həmvətənlərimizin ora guya terror aktı törətmək məqsədilə yığışdığını deməsi olub.

 

Qeyd edək ki, Camal Əli əvvəllər Meydan TV-nin əməkdaşı olub. (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et