Jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.
Modern.az xəbər verir ki, bu barədə onun oğlu bildirib.
"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.
Səlim Balayev bir sıra qəzetlərdə, elektron KİV-lərdə çalışıb.