Modern.az

ABŞ-da yenidən iğtişaşlar başladı

ABŞ-da yenidən iğtişaşlar başladı

Dünya

23 Avqust 2020, 21:04

ABŞ-ın Luiziana ştatında saxlanılması zamanı qaçmağa cəhd edən afroamerikalının polislər tərəfindən güllələməsindən sonra başlayan etirazlar iğtişaşlara çevrilib.

Modern.az xəbər verir ki, onlarla insan Lafayett şəhərinin küçələrinə çıxıb.

Məlumata görə, dinc etirazlar gecə saatlarında iğtişaşlara çevrilib, hüquq-mühafizə orqanları ilə toqquşmalar başlayıb. Polis kütlənin dağıdılması üçün tüstü qumbarasından istifadə etmək məcburiyyətində qalıb. Etirazçılar hərəkət hissəsində petardalar və rezin şinlər yandırıblar. Etirazların bir neçə iştirakçısı saxlanılıb.

Qeyd edək ki, polislər avqustun 21-də saxlanılması zamanı qaçmağa cəhd edən 31 yaşlı afroamerikalı - Treyford Pellerinə 10-a yaxın atəş açıblar. Cinayətkar bir qədər sonra xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, bu ilin mayın 25-də ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun saxlanılması zamanı polislər ona qarşı boğucu fənddən istifadə etmişdi. Nəticədə C.Floyd bir qədər sonra xəstəxanada vəfat etmişdi. Floydun ölümündən sonra bir sıra ştatlarda qaradərililərin hüquqlarının tapdanmasına qarşı etiraz aksiyaları başlamış, polislə toqquşmalar, çoxsaylı qarət və vandalizm halları baş vermişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok