Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyunu yekunlaşıb.
Modern.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda oynanılan matçın 29-cu dəqiqəsində millimizin üzvü Maksim Medvedev rəqib qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb - 0:1.
Komandaların cəhdlərinə baxmayaraq görüş bu hesabla yekunlaşıb.
Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.
23:16
Kipr - Azərbaycan oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, matçın 30-cu dəqiqəsində Azərbaycan millisinin kapitanı Maksim Medvedev Kiprin qapısına yol tapıb: 0-1.
22:45
UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr - Azərbaycan oyunu start götürüb.
Modern.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda oynanılan matç Bakı vaxtı ilə 22:45-də başlayıb.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu milli komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub.